Nuri Şahin istefaya göndərildi

 13:41 22.01.2025     95

Dortmund “Borussiya”sı baş məşqçisi Nuri Şahini istefaya göndərib.

Redaktor.az "BBC Sport"a istinadla xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mütəxəssislə yollar komandanın uğursuz nəticələrinə görə ayrılıb.

“Borussiya” Nuri Şahinin rəhbərliyi altında son məğlubiyyətini ötən gecə Çempionlar Liqasında “Bolonya” ilə görüşdə alıb - 1:2.

Qeyd edək ki, N.Şahin ötən ilin yayından Dortmund təmsilçisini çalışdırırdı. Hazırda “Borussiya” Bundesliqanın turnir cədvəlində 25 xalla 10-cudur.