"Neftçi" yeni futbolçu transfer ETDİ

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Redaktor.az xəbər verir ki, bunu paytaxt klubunun mətbuat xidməti açıqlayıb.
"Ağ-qaralar" Elvin Camalovu rənglərinə bağlayıb. O, yeni komandasında 4 nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, dayaq yarımmüdafiəçisi bu gün "Sabah"dan ayrılıb.
Qeyd edək ki, o, 2021-ci ildən "bayquşlar"ın şərəfini qoruyurdu.