Bu komandalar Çempionlar Liqasından erkən kənarlaşdırılacaq

 10:50 23.01.2025     114

2024/2025 mövsümündə Çempionlar Liqasından (ÇL) erkən kənarlaşdırılan klublar müəyyənləşib.

Redaktor.az xəbər verir ki, yanvarın 22-də Çempionlar Liqasının ümumi mərhələsində VII turun oyunları keçirilib.

Nəticələrə əsasən, "pley-off" mərhələsində çıxışlarını mütləq davam etdirə bilməyəcək doqquz komanda məlum olub. Beləliklə, hərəyə üç xal toplayan İspaniyanın “Jirona”, Serbiyanın “Crvena Zvezda”, eləcə də Avstriyanın “Red Bull Salzburg” və “Storm” "pley-off"a çıxmaq üçün riyazi şanslarını itirib. Bundan əlavə, müvafiq olaraq dörd və beş xalı olan Çexiyanın “Sparta”sı və İtaliyanın “Bolonya” klubları turniri tərk edəcəklər.

Bundan əvvəl İsveçrənin “Yanq Boyz”, “Bratislava Slovan” və Almaniyanın “RB Leypsiq” klubları növbəti mərhələyə çıxmaq şanslarını itirmişdilər .

Ümumi mərhələnin final mərhələsi yanvarın 29-da baş tutacaq. Onun nəticələrinə görə, 36 komandadan 24-ü "pley-off"a yüksələcək.

Türkan İSGƏNDƏRLİ