"Qarabağ" məğlub oldu

 23:45 23.01.2025     273

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Redaktor.az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin VII turunda Rumıniyanın FKSB klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam klubunun heyətində birinci qolu 2-ci dəqiqədə Leandro Andrade vurub.

Qarşılaşmanın 41-ci dəqiqəsində rəqibin heyətində Coyskim Dava avtoqol müəllifi olub.

FKSB-nin qollarına Adrian Sut ( 2 qol) və David Mikulesku imza atıblar.

Matçı slovakiyalı hakim Filip Qlova idarə edib.

Aktivində 3 xalı olan "Qarabağ" pley-offa yüksəlmək şansını itirib. Komandanın yanvarın 31-də səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirəcəyi matç formal xarakter daşıyacaq.