NTD “Naxçıvan”ı məğlub ETDİ

Azərbaycan Basketbol Liqasının XII turunda NTD “Naxçıvan”ı məğlub edib.
Redaktor.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən A qrupunun matçında qonaqlar qələbə qazanıb - 95:70.
Qeyd edək ki, XII turun daha əvvəl keçirilən görüşlərində "Abşeron" "Sərhədçi"ni 86:79, "Sabah" "Neftçi"ni 75:65, “Sumqayıt” “Lənkəran”ı 93:90 hesabı ilə məğlub edib. Tura yanvarın 26-da “Şəki” - “Ordu” matçı ilə yekun vurulacaq.