Qar voleybolu üzrə Azərbaycan çempionatının ilk günündə 8 oyun keçirildi

 20:23 25.01.2025     144

Ölkəmizdə ilk dəfə keçirilən qar voleybolu üzrə Azərbaycan çempionatının ilk günündə 8 oyun baş tutub.

Redaktor.az xəbər verir ki, "Report"un Şahdağa ezam olunan əməkdaşının məlumatına görə, yarışda 4 qadın (Azərreyl”, “Murov Az Terminal”, “Gəncə”, U-21), 4 kişi (“Azərreyl”, “Murov Az Terminal”, “Gənclər”, U-21) komandası çempionluq uğrunda mübarizə aparır.

“Şahdağ” Turizm Mərkəzində təşkil olunan çempionatda sabah III turun qarşılaşmaları, ardınca isə final və üçüncü yer uğrunda oyunlar keçiriləcək. Həlledici qarşılaşmalardan sonra qaliblərin mükafatlandırma mərasimi olacaq.

25 yanvar

Qadınlar

“Azərreyl” - U-21 2:0 (15:7, 15:4)

“Murov Az Terminal” - “Gəncə” 2:0 (16:14, 15:13)

“Azərreyl” - “Murov Az Terminal” 2:0 (15:10, 15:9)

“Gəncə” - U-21 2:1 (13:15, 15:12, 15:7)

Kişilər

“Azərreyl” - “Gənclər” 2:0 (15:3, 15:6)

“Murov Az Terminal” - U-21 2:1 (15:7, 12:15, 15:6)

“Azərreyl” - “Murov Az Terminal” 2:1 (9:15, 15:10, 15:11)

U-21 - “Gənclər” 2:0 (15:6, 15:6)

26 yanvar

Qadınlar

10:00. “Azərreyl” - “Gəncə”

10:45. “Murov Az Terminal” - U-21

Kişilər

11:30. “Azərreyl” - U-21

12:15. “Murov Az Terminal” - “Gənclər”

14:30. 3-cü yer uğrunda oyun (qadınlar)

15:15. 3-cü yer uğrunda oyun (kişilər)

16:00. Final (qadınlar)

16:45. Final (kişilər)

2222