“Bavariya" qələbə qazandı, “Dortmund” xal İTİRDİ

Bu gün Almaniya Bundesliqasının XIX turunun oyunları davam edir.
Redaktor.az xəbər verir ki, turun 2-ci günündə “Bavariya” səfərdə “Frayburq”un qonağı olub.
Görüş Münhen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Turun digər matçında isə “Borusiyya Dortmund” doğma meydanda “Verder”i qəbul edib.
“Sarı-qaralar” rəqibi ilə bacara bilməyib – 2:2.