“Mançester Siti” “Çelsi”ni qol vurmağa peşman ETDİ

İngiltərə Premyer Liqasında 23-cü turun mərkəzi görüşü keçirilib.
Redaktor.az xəbər verir ki, “Mançester Siti” və “Çelsi” komandaları üz-üzə gəlib.
Matç “vətəndaşlar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Mançester Siti”nin qollarını Yoşko Qvardiol, Erlinq Holann və Fil Foden vurublar. “Çelsi”nin yeganə qoluna isə Noni Madueke imza atıb.
Bu nəticədən sonra xallarını 41-ə çatdıran “Mançester Siti” 4-cü pilləyə yüksəlib. “Çelsi” isə 40 xalla 6-cı yerdə qalıb.