AFFA bu oyunçuları futboldan ömürlük uzaqlaşdırdı
AFFA İntizam Komitəsi daha üç futbolçunu futboldan ömürlük uzaqlaşdırıb.
Redaktor.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.
I Liqada "Mingəçevir"də çıxış edən Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.
Qeyd edək ki, bundan öncə Azərbaycan millisinin keçmiş futbolçusu Adil Nağıyev də ömürlük futboldan uzaqlaşdırılıb.