"Fənərbağça" PSJ-nin futbolçusunun transferini açıqladı

 19:32 30.01.2025     251

Türkiyənin "Fənərbağça" klubu Slovakiya millisinin və Fransa təmsilçisi PSJ-nin futbolçusu Milan Şkrinyarı heyətinə qatıb.

Redaktor.az xəbər verir ki, "sarı-lacıvərdlilər"in mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi 29 yaşlı müdafiəçi ilə icarə ərasında cari mövsümün sonuna qədər anlaşıb.

Qeyd edək ki, daha əvvəl Türkiyənin digər nəhəng klubu "Qalatasaray" da Şkrinyarla maraqlanıb.

Vumart və Güvən reklamı Vumart Güvən