Rusiya Futbol İttifaqının prezidenti AÇIQLANDI
Aleksandr Dyukov yenidən Rusiya Futbol İttifaqının (RFU) prezidenti seçilib.
Redaktor.az xəbər verir ki, seçkilər təşkilatın Moskvada keçirilən konfransında baş tutub.
Dyukov seçkilərdə yeganə namizəd olub və o, yekdilliklə yenidən rəhbər seçilib.
Qeyd edək ki, 57 yaşlı A.Dyukov RFS prezidenti vəzifəsini 2019-cu il fevralın 22-dən icra edir.