Xizək yarışı üzrə Heydər Əliyev Kubokuna yekun vuruldu

 22:29 02.02.2025     49

“Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə müxtəlif yaş kateqoriyalarında olan böyüklər arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib.

Redaktor.az "Report"a istinadən xəbər verir, yarışda öncədən qeydiyyatdan keçən, müxtəlif yaş kateqoriyasında olan 46 iştirakçı birincilik uğrunda mübarizə aparıb.

Böyüklər arsında keçirilən yarışın nəticələri:

18-22 yaş qadınlar

Valeria Dudçenko - Azərbaycan

18-22 yaş kişilər

Carl-Leo Pahnke -Almaniya

Karl Mackay -Azərbaycan

23-45 yaş qadınlar

Anna Vəliyeva-Azərbaycan

Yelena Dubentsova-Azərbaycan

İrina Titova -Rusiya Federasiyası

23-45 yaş kişilər

Ramiz Ağayev-Azərbaycan

Amir Abdullayev - Azərbaycan

Alı Sultanov - Rusiya Federasiyası

46-56 yaş qadınlar

Turan Tağızadə -Azərbaycan

46-56 yaş kişilər

Rəşad Nəbiyev -Azərbaycan

Rəşad Sultan- Azərbaycan

Vüqar Zeynalov-Azərbaycan

56+ yaş qadınlar

İrina Uqryumova - Rusiya Federasiyası

Nərgiz Surxayeva -Azərbaycan

56+ yaş kişilər

Gerhard Lutz - Avstriya

Akif Surxayev- Azərbaycan

Federiko Paone- İtaliya

Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi tərəfindən medallar və diplomlarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.