“Turan Tovuz” onunla yollarını AYIRDI
“Turan Tovuz” futbolçusu Oto Conla yolları ayırıb.
Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Tovuz təmsilçisi hücumçu Oto Conun transferi ilə bağlı Liviyanın “Al Madina” klubu ilə razılıq əldə edib.
“Turan Tovuz” nigeriyalı forvarda gələcək karyerasında və şəxsi həyatında uğurlar arzu edib.