"Milan" - "İnter" matçında 2 qol vuruldu

 01:53 03.02.2025     113

Futbol üzrə İtaliya çempionatının 23-cü turu çərçivəsində “Milan” evdə “İnter”i qəbul edib.

Redaktor.az xəbər verir ki, matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Meydan sahiblərinin qolunu 45-ci dəqiqədə Teyani Reynders, qonaqların qolunu isə Stefan de Vrij (90+3) vurub.

Qeyd edək ki, bu oyundan sonra "İnter" İtaliya çempionatının turnir cədvəlində xallarını 51-ə yüksəldib. Komanda lider "Napoli"dən 2 xal geri qalır. “Milan” isə 35 xalla 8-ci yerdə qərarlaşıb.

T.İSMAYIL