Volkan Demirel istefaya GÖNDƏRİLDİ

 17:46 03.02.2025     109

Türkiyə Super Liqasında daha bir ayrılıq yaşanıb.

Redaktor.az xəbər verir ki, "Bodrum" baş məşqçisi Volkan Demirellə yollarını ayırıb.

Buna səbəb komandanın uğursuz çıxışı olub. Bodrum təmsilçisi Demirelin rəhbərliyi altında ölkə çempionatında çıxdığı 11 matçda yalnız 1 qələbə qazanıb.

Qeyd edək ki, "Bodrum" Super Liqada 16 xalla 17-ci pillədə qərarlaşıb.