Fransa klubu baş məşqçisi ilə yollarını ayırdı

 21:21 03.02.2025     85

Fransa Liqa 1 təmsilçisi "Reyms" baş məşqçisi Luka Elsnerlə yollarını ayırıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

42 yaşlı mütəxəssis komandanın uğursuz nəticələrinə görə yola salınıb. Kollektivə müvəqqəti olaraq köməkçi məşqçi Samba Diavara rəhbərlik edəcək.

Qeyd edək ki, "Reyms" hazırda Fransa çempionatında 22 xalla 13-cü sırada yer alıb.