Azərbaycan Premyer Liqasında komanda sayı ARTIRILACAQ

 22:12 03.02.2025     81

Misli Premyer Liqasında komanda sayı artırılacaq.

Redaktor.az-ın məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar çıxarılıb.

2025/2026 mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb.

Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.