"Ronaldo gördüyüm bütün oyunçulardan ən yaxşısı idi" - Messi

 14:24 04.02.2025     124

ABŞ-nin "İnter Mayami" komandasının argentinalı hücumçusu Lionel Messi kimi bütün dövrlərin ən yaxşı futbolçusu hesab etdiyini açıqlayıb.

Redaktor.az "Sport Bible" saytına istinadla xəbər verir ki, Messi braziliyalı Ronaldonu tarixdə ən yaxşı futbolçu sayır.

"Ronaldo fenomen idi. O, mənim üçün gördüyüm bütün oyunçulardan ən yaxşısı idi. Ona hansı tərəfdən baxsan, heyrətamiz futbolçudur", - deyə argentinalı bildirib.

Qeyd edək ki, karyerasını 2011-ci ildə tamamlayan Ronaldo ikiqat dünya çempionudur.