"Bavariya" müdafiəçisi ilə müqavilə müddətini ARTIRDI

 23:13 04.02.2025     95

Almaniyanın "Bavariya" klubu müdafiəçisi Alfonso Devis ilə müqavilə müddətini artırıb.

Redaktor.az xəbər verir ki, 24 yaşlı oyunçunun yeni sözləşməsi 2030-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, A.Devis 2019-cu ildən bu yana "Bavariya"nın şərəfini qoruyur.