"Ümid edirəm ki, nə vaxtsa "Sumqayıt"a qol vura biləcəyik" - Vasili Berezutski
Ümid edirəm ki, nə vaxtsa "Sumqayıt"a qol vura biləcəyik.
Redaktor.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt"a qarşı ilk oyundan sonra baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis heç-heçə başa çatan görüş barədə danışıb:
"Oyunla bağlı danışmaq həqiqətən çətindir. Sadəcə kubok matçlarına deyil, həm də çempionat görüşlərinə də hazırlaşırıq. Qarşıda bizi Premyer Liqa oyunları gözləyir. Hər matça qələbə əzmi ilə çıxırıq".
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sabah" "Sumqayıt"la qolsuz bərabərə qalıb.