"Qarabağ" 1/4 finalda ilk oyununa bu gün çıxacaq - Azərbaycan Kuboku

 09:15 06.02.2025     107

"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyununu bu gün keçirəcək.

Redaktor.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv "Səbail"in qonağı olacaq.

Qarşılaşma saat 18:30-da start götürəcək.

Günün ilk görüşündə "Araz-Naxçıvan" və "Zirə" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Matç saat 16:00-da başlayacaq.

Bu cütlərdə cavab oyunları müvafiq olaraq fevralın 27-si və 28-də təşkil olunacaq.

Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyunlar

6 fevral

16:00. “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər:, Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Liv Bona Dea Arena”

18:30. “Səbail” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“ASCO Arena”

Qeyd edək ki, ötən gün "Neftçi" səfərdə "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Sabah" - "Sumqayıt" matçında isə hesab açılmayıb.