Azərbaycan Kuboku: "Qarabağ" çətin qələbə QAZANDI

 23:12 06.02.2025     83

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Redaktor.az xəbər verir ki, son matçda "Səbail" və "Qarabağ" komandaları üz-üzə gəliblər. "ASCO Arena"dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 35-ci dəqiqədə Yassin Benzia vurub.

Qeyd edək ki, 1/4 final mərhələsinin əvvəlki matçlarında "Neftçi" səfərdə "Kəpəz"i iki, "Araz-Naxçıvan" evdə "Zirə"ni bir cavabsız qolla üstələyib, "Sabah" - "Sumqayıt" matçında isə qolsuz heç-heçə qeydə alınıb. Bu raundun cavab görüşləri fevralın 27-28-də keçiriləcək.