Ronaldonun komandası qələbə qazandı

 23:56 07.02.2025     133

Səudiyyə Ərəbistanı çempionatının matçında portuqaliyalı Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” “Əl-Feyha”nı məğlub edib.

Redaktor.az xəbər verir ki, görüş 3:0 hesabı ilə başa çatıb. İlk iki qolu 22 və 72-ci dəqiqələrdə “Əl-Nasr”in yeni qolu kolumbiyalı Con Duran vurub. 74-cü dəqiqədə Ronaldo fərqlənib.

Bu qələbə ilə “Əl-Nəsr” 35 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Çempionata müvafiq olaraq 49 və 46 xalla “Əl-İttihad” və “Əl-Hilal” başçılıq edir. Liqanın debütantı “Əl-Qadisiya” “Əl-Nəsr”lə eyni xala malikdir, lakin əlavə göstəricilərdə daha aşağıdır.

Turan İSMAYIL