Təbrizin "Traktor" klubu bu göstərici ilə dünyada 5-cidir
İranın futbol çempionatında çıxış edən Təbrizin "Traktor" klubu “Borussiya Dortmund” (Almaniya), “Barselona” (İspaniya), “Bavariya Münhen” (Almaniya) və “Mançester Yunayted”dən (İngiltərə) sonra 5-ci ən çox azarkeş toplayan komandadır.
Redaktor.az xəbər verir ki, “Transfer Market” vebsaytının hesablamasına görə, “Traktor” klubunun matçlarında stadiona orta hesabla 67 000 azarkeş toplanır.
Güney Azərbaycan türkləri üçün futbol sadə bir idman növündən daha çox, mədəni və siyasi ifadə vasitəsinə çevrilib.
Qeyd edək ki, "Traktor" klubu İran Premyer Liqasının 19-cu turunda İsfahanda “Zob Ahen” klubuna 1:0 hesabı ilə qalib gəlib.
Bu nəticə ilə “Traktor” mövsümdə 13-cü qələbəsini qazanıb və turnir cədvəlində 41 xalla birinci yerə yüksəlib.