"Barselona"nın futbolçusu bu komandaya keçə BİLƏR
![](https://img.redaktor.az/news/2025/02/photo_269731.webp)
İspaniyanın "Barselona" klubunun futbolçusu Ansu Fati karyerasını Türkiyədə davam etdirə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Beşiktaş" və "Fənərbağça" 22 yaşlı vingerlə maraqlanır. Hətta "ağ-qaralar"ın bu transferdə israrlı olduğu bildirilib.
Qeyd edək ki, Türkiyədə qış transfer dönəmi fevralın 11-də başa çatacaq. İspaniyalı oyunçunun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.