FHN-in qadın əməkdaşları dövlət qurumları arasında çempionatın qalibi OLDU

 21:10 08.02.2025     86

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə dövlət qurumlarının qadın əməkdaşları arasında minifutbol üzrə çempionat keçirilib.

Redaktor.az xəbər verir ki, dairəvi sistem üzrə keçirilən çempionatda Fövqəladə Hallar Nazirliyinin (FHN) qadınlardan ibarət minifutbol üzrə yığma komandası uğurlu nəticə əldə edib.

Belə ki, FHN-in komandası bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Qaliblər Gənclər və İdman Nazirliyinin kuboku, fəxri diplomu və medalları ilə təltif olunublar.

22