Madrid duelində qalib müəyyənləşmədi

 02:19 09.02.2025     338

İspaniya La Liqasının 23-cü turu çərçivəsində “Real Madrid” öz meydanında “Atletiko Madrid”lə qarşılaşıb.

Redaktor.az xəbər verir ki, gərgin keçən matçda hesabı 35-ci dəqiqədə qonaq komandanın oyunçusu Alvarez penaltini dəqiq yerinə yetirməklə açıb.

Oyunun 50-ci dəqiqəsində "Real"ın hücumçusu Mbappe komandasının bərabərlik qolunu vurub.

Matç 1-1 hesabı ilə yekunlaşıb.

Bu nəticədən sonra "Real Madrid" 50 xalla turnir cədvəlində birinci, "Atletiko Madrid" isə 49 xalla ikinci pillədə qərarlaşıb. "Barselona" isə 45 xalla üçüncü pillədə qərarlaşıb.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən