“Şamaxı” “Sumqayıt”ı məğlub ETDİ

 17:10 09.02.2025     138

Azərbaycan Premyer Liqasının XXII turunda “Şamaxı” evdə “Sumqayıt”ı məğlub edib.

Redaktor.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran bölgə təmsilçisi turnir cədvəlində 8-ci pilləyə yüksəlib. “Sumqayıt” isə 22 xalla altıncıdır.

Qeyd edək ki, bu günün digər qarşılaşması “Sabah” və “Turan Tovuz” arasında olacaq.