Azərbaycanda futbol klubunun adı DƏYİŞDİ
![](https://img.redaktor.az/news/2025/02/photo_269823.webp)
"Yeni sponsor tərəfindən təmirinə start verilən "Turan Tovuz" klubunun bazasında tikinti işləri başa çatıb".
Redaktor.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında "Turan Tovuz" klubunun mətbuat katibi Süleyman Tağızadə deyib.
"Turan Tovuz" klubunun bazasının adının "Turan" olması rəhbərlik tərəfindən də daha öncə təsdiq olunmuşdu. Yeni sponsorumuz klub bazasının təmir işlərini başa çatdırıb. Klubumuzun yeni mövsümdən "Turan" adını daşıyacağı üçün bazanın binasında da həmin ad qeyd olunub. Daha öncə də klub "Turan" adını daşıyırdı, lakin bəzi məsələlər görə "Turan Tovuz" olaraq dəyişdirilmişdi. Yaxın vaxtlarda bazanın açılışı olacaq", - deyə S.Tağızadə bildirib.