“Qalatasaray” matçında ”Adana Dəmirspor” meydandan çəkildi
![](https://img.redaktor.az/news/2025/02/photo_269833.webp)
Türkiyə Super Liqasında XXIII turun görüşləri davam edir.
Redaktor.az xəbər verir ki, "Qalatasaray" öz meydanında "Adana Dəmirspor"u qonaq edib.
Görüşün 33-cü dəqiqəsində qonaq komandanın baş məşqçisi Mustafa Alper Avcı oyunçularını meydançadan çıxarıb.
Beləliklə matç təxirə salınıb. Oyunun taleyinin TFF tərəfindən müəyyən ediləcəyi bildirilib.