“Qalatasaray"ın baş məşqçisi rəqib komandanın meydanı yarımçıq tərk etməsinə münasibət bildirdi
![](https://img.redaktor.az/news/2025/02/photo_269838.webp)
"Bu qərarı gözləmirdik, amma demək ki, gözləyənlər var idi. Tvitlərini dərhal atdılar".
Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyə Super Liqasının XXIII turu çərçivəsində yarıda saxlanılan "Qalatasaray" - "Adana Dəmirspor" ilə matçın mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Okan Buruk deyib.
Təcrübəli mütəxəssis bu hadisənin Türkiyə futboluna ziyan vurduğunu dilə gətirib:
"Heç kimin günahını almaq lazım deyil. "Adana Dəmirspor" oyunçularını təbrik edirəm, çox gözəl mübarizə aparırdılar. Azarkeşləri də 'Biz heç vaxt təslim olmadıq' pankartı açmışdı. Əgər "Adana Dəmirspor" oyunçuları meydançada oyunu tərk edirlərsə, bunu qiymətləndirmək lazımdır. Məncə, o vəziyyətin penaltı olmaması daha ehtimal idi. Bizim xeyrimizə və əleyhimizə çox səhvlər edildi. "Adana Dəmirspor"un əleyhinə də çox səhv qərarlar verildi bu matça qədər. Bunun çox asan verilən bir qərar olduğunu düşünmürəm. Birdən-birə birisi telefon edir və komanda meydançadan çəkilir. Bu, Türk futbolu üçün böyük bir zərərdir. Burada baş verənlərin masum olduğunu düşünmürəm. Çox üzülürəm. Türk futbolunu pis göstərmək üçün hər zaman bir cəhd var. Bu qərara hörmətlə yanaşıram, amma açıqcası, üzülmüşəm. "Adana Dəmirspor" camiası çox böyük bir camiadır."