"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi xəstəxanaya YERLƏŞDİRİLDİ

 10:00 12.02.2025     97

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çətin səhhətində qəfil yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Onun reanimasiyaya yerləşdirildiyi, ümumi durumunun normal, şüurunun yerində olduğu qeyd edilib. Buna baxmayaraq, mütəxəssis bir müddət reanimasiyada həkimlərin nəzarəti altında saxlanılacaq.

Qeyd edək ki, Oğuz Çətin 2013/2014 mövsümündə “Xəzər Lənkəran” komandasında Mustafa Dənizlinin köməkçisi, daha sonra baş məşqçi kimi fəaliyyət göstərib.