Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tura start verildi

 22:10 12.02.2025     69

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tura start verilib.

Redaktor.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

MOİK "Gənclər"i 3:1, "Xilasedici" isə "Neftçi"ni 3:2 hesabı ilə məğlub edib.

Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.

Qeyd edək ki, tura fevralın 13-də gerçəkləşəcək "Murov Az Terminal" - "Azərreyl" oyunu ilə yekun vurulacaq.