"Fənərbağça"nın yeni transferi Rusiya klubuna keçdi
![](https://img.redaktor.az/news/2025/02/photo_270238.webp)
Türkiyənin "Fənərbağça" kollektivinin müdafiəçisi Oqnen Mimoviç Rusiyanın "Zenit" klubuna keçib.
Redaktor.az əbər verir ki, bu barədə Sankt-Peterburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
O, icarə əsasında cari mövsümün sonuna qədər "Zenit"in şərəfini qoruyacaq.
Qeyd edək ki, 20 yaşlı serbiyalı futbolçu 2025-ci ilin əvvəlində "Fənərbağça" ilə 4 illik müqavilə imzalayıb.