"Böyük Dəbilqə" turniri öncəsi hakimlər üçün seminar təşkil olundu

 22:35 13.02.2025     76

Beynəlxalq Cüdo Federasiyasının (BCF) hakimlər üzrə baş direktoru Daniel Laskaunun rəhbərliyi ilə Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinə hazırlıq çərçivəsində hakimlər üçün seminar təşkil olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ACF-nin A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev üç gün davam edəcək turnirdə ədalət təmsilçiləri arasında yer alacaq.