"Mənim üçün Messi dünyanın və tarixin ən yaxşısıdır"

 00:58 14.02.2025     102

"Real Madrid"in və Argentina yığmasının keçmiş hücumçusu Anxel Di Mariya Kriştiano Ronaldonun özünü tarixin ən yaxşı futbolçusu hesab etməsi ilə bağlı açıqlamasını şərh edib.

Redaktor.az xəbər verir ki, “Infobae" təcrübəli futbolçunun dediklərini belə çatdırıb:

"Mən təəccüblənmirəm, çünki onunla dörd il ("Real Madrid"də - red. ) oynamışam. Həmişə belə olub. Həmişə belə açıqlamalar verir, həmişə ən yaxşı olmağa çalışırdı. Ancaq sehrli çubuqun toxunduğu başqa bir oyunçu olduğu üçün o, əlverişsiz vaxtda doğuldu. Bu reallığı rəqəmlər də təsdiqləyir. Onlardan birinin səkkiz “Qızıl top”, digərinin isə beşi var. Əhəmiyyətli bir fərq.

Dünya çempionu olmaq və iki Amerika Kubokunu qazanmaq da fərq yaradan bir şeydir. Sonra Messini matçlarda görürsən. Hər oyunun hər dəqiqəsi öz həyətindəymiş kimi oynayır. Və 18, 20 ildir ki, bu işlə məşğuldur. Hamı deyir: “Onun [Messinin] meydanda nə edəcəyi artıq məlumdur”. Yaxşı, topu Leodan uzaqlaşdırmağa çalışın. 40 yaşı olsa belə, hər şeyi düzgün edəcək. Messi tiki-taka oynamağa davam edəcək.

Kriştiano özü olaraq qalır. Həmişə belə açıqlamalar verib. Amma mənim üçün Leo, şübhəsiz ki, dünyanın ən yaxşısı və tarixin ən yaxşısıdır”