"Qarabağ"a qayıdan Kadidən maraqlı paylaşım - FOTO

 15:05 15.02.2025     95

"Qarabağ"a qayıdan Kadi Borges yenidən "köhlən atlar"ın formasını geyinərək meydanlara çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.

"Bu köynəyi yenidən geyinmək mənim üçün necə xoşdur. Hər kəsin sevgisinə görə çox sağ olun. Qoy bu, zəfərli bir səyahətin başlanğıcı olsun"

Qeyd edək ki, 2021-2022-ci illərdə "Qarabağ"ın formasını geyinən Kadi Borges bu ayın əvvəlində “Qarabağ”a qayıdıb. Son olaraq Macarıstanın "Ferentsvaroş" kollektivinin şərəfini qoruyan braziliyalı yarımmüdafiəçi "köhlən atlar"la 4 illik müqavilə imzalayıb.