İki cüdoçumuz finala ÇIXDI

 17:35 15.02.2025     101

Bakıda təşkil olunan "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın dörd cüdoçusu finala yüksəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, 73 kiloqram çəkidə yarışan Rəşid Məmmədəliyev finalda yaponiyalı cüdoçu Tatsuki İşihara ilə üz-üzə gələcək.

Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda digər Yaponiya idmançısı Ryuqa Tanaka ilə qarşılaşacaq.

Zelim Tçkayev (81 kiloqram) qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə gücünü sınayacaq. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq.

Qeyd edək ki, final qarşılaşmaları saat 17:00-da başlayacaq.