“Zirə” inamlı qələbə qazanıb - Misli Premyer Liqası

 22:24 15.02.2025     204

Misli Premyer Liqasında XXIII tura start verilib.

Redaktor.az xəbər verir ki, günün yeganə qarşılaşmasında “Sumqayıt” və “Zirə” komandaları üz-üzə gəliblər. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan matç qonaqların inamlı qələbəsi ilə yekunlaşıb.

Qolları 14-cü dəqiqədə Rafael Utziq, 36 və 65-ci dəqiqələrdə isə Salifu Suma vurublar.

Bu qələbədən sonra xallarını 42-yə çatdıran “Zirə” hazırda turnir cədvəlində üçüncü, 22 xala malik “Sumqayıt” isə yeddinci sırada qərarlaşıb.

Qeyd edək ki, turun digər qarşılaşmaları fevralın 16-17-də oynanılacaq.