“Beşiktaş” “Trabzonspor”u məğlub ETDİ
![](https://img.redaktor.az/news/2025/02/photo_270566.webp)
Türkiyə Superliqasında XXIV turun oyunları keçirilib.
Redaktor.az xəbər verir ki, turun mərkəzi görüşündə “Beşiktaş” “Trabzonspor”u qəbul edib.
“Vodafone Park” stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.
Hazırda “Beşiktaş” 38 xalla 5-ci, “Trabzonspor” isə 29 xalla 9-cu pillədə qərarlaşıb.
Günün digər matçlarında “Qaziantep” “Sivasspor”a (2:1), “Bodrumspor” isə “Başakşəhər”ə (1:0) qalib gəlib.