“Qarabağ”ın sabiq futbolçusunun yeni klubu AÇIQLANDI

 14:45 16.02.2025     176

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabinin yeni klubu bəlli olub.

Redaktor.az xəbər verir ki, fransalı hücumçu Rumıniyada çıxış edəcək. 

O, “Politexnika Yaşi”yə keçib. Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2023-2024-cü illərdə “Qarabağ”da oynayıb və 33 matçda 7 qol vurub. O, Ağdam təmsilçisini tərk edəndən sonra “Bandırmaspor”a (Türkiyə) keçsə də, orada möhkəmlənə bilməmişdi.