"Liverpul" öz meydanında "Vulverhempton"u məğlub ETDİ

 20:51 16.02.2025     192

İngiltərə Premyer Liqasında XXV turun növbəti oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Liverpul" doğma meydanda "Vulverhempton"la qarşılaşıb. Görüş ev sahibinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Liverpul"un qollarını Luis Dias və Məhəmməd Salah vurublar.

Qonaqların yeganə qoluna isə Mateus Kunya imza atıb.