“Qalatasaray” səfərdə qələbə QAZANDI

 23:29 17.02.2025     214

"Qalatasaray" Türkiyə Superliqasının XXIV turunda növbəti qələbəsini qazanıb.

Redaktor.az xəbər verir ki, "sarı-qırmızılar" səfərdə "Rizəspor"u 2:1 hesabı ilə üstələyib.

İstanbul təmsilçisinin heyətində Viktor Osimhen (47, 86) dubl müəllifi olub. Meydan sahiblərinin qolunu isə Ali Sou (54) vurub.

Qeyd edək ki, Okan Burukun rəhbərlik etdiyi "Qalatasaray" 63 xalla liderdir. 57 xalı olan "Fənərbağça" ikinci, 46 xala malik "Samsunspor" isə üçüncüdür.