“Neftçi” İslam Çesnokovu transfer etmək istəyir

 23:59 17.02.2025     224

“Neftçi”nin maraq dairəsində olan daha bir futbolçunun adı açıqlanıb.

Redaktor.az trend-ə istinadən xəbər verir ki, Bakı klubu Qazaxıstan millisinin hücumçusu İslam Çesnokovu heyətinə qatmaq istəyir.

“Neftçi” Çesnokovun formasını geyindiyi “Tobol”la razılığa gəlib. Lakin futbolçu karyerasını Avropanın aparıcı liqalarında davam etdirmək istəyir. 25 yaşlı hücumçu ilə Şotlandiyanın “Harts” klubu da maraqlanır, lakin britaniyalılar da “Tobol”la razılaşma əldə edə bilmir.

Qeyd edək ki, İslam Çesnokov 2023-cü ildən Qazaxıstan millisinə dəvət olunub və 4 oyunda 2 qol vurub.