“Qalatasaray” - “Fənərbaxça” derbisini idarə edəcək hakimin adı AÇIQLANDI

 14:51 19.02.2025     184

Futbol üzrə Türkiyə çempionatının 24-cü turunda “Qalatasaray” - “Fənərbaxça” derbisini əcnəbi hakim idarə edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar verib.

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu İstanbul nəhənglərinin qarşılamasını tanınmış əcnəbi hakimin idarə edəcəyini açıqlayıb.

Qarşılamanı yerli, yaxud əcnəbi hakimin idarə edəcəyi uzun müddətdir, müzakirə olunurdu.

Derbi fevralın 24-də keçiriləcək.

Qeyd edək ki, “Qalatasaray” 63 xalla birinci, “Fənərbaxça” 57 xalla ikinci yerdədir.