Havaya görə bu oyunlar təxirə SALINDI

 18:00 19.02.2025     125

Bütün zonalar üzrə fevralın 22-23-də keçirilməsi planlaşdırılan AFFA U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının oyunları təxirə salınıb.

Bu barədə Redaktor.az-a milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, matçların təxirə salınması ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədardır.