Azərbaycan millisi İnkişaf Kubokunda üçüncü yer uğrunda oyuna çıxacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxacaq.
Redaktor.az xəbər verir ki, yer aldığı B qrupunu 6 xalla ikinci pillədə tamamlayan milli A qrupunda eyni xalla ikinci yeri tutan Özbəkistan yığması ilə qarşılaşacaq.
Görüş fevralın 21-də, Bakı vaxtı ilə saat 15:40-da keçiriləcək.
Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.