Mbappe Ronaldonun rekordunu təkrarladı

 14:02 20.02.2025     133

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Kilian Mbappe “kral klubu”nun sabiq hücumçusu Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

Redaktor.az "Opta"ya istinadla xəbər verir ki, fransalı forvard buna Madrid təmsilçisindəki ilk mövsümündə avrokuboklarda vurduğu qolların sayına görə nail olub.

27 yaşlı futbolçu bu mövsüm Çempionlar Liqasında rəqib qapılarına 7 dəfə yol tapıb. Ronaldo və Mbappedən əvvəl isə Xusto Texada “Real Madrid”də bu göstəriciyə imza atıb.

Qeyd edək ki, ötən ilin yayından La Liqa klubunda çıxış edən Kilian Mbappe ötən gün Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Mançester Siti” komandası ilə cavab oyununda het-trik edib. İspaniya təmsilçisi iki görüşün nəticəsinə (3:2, 3:1) əsasən 1/8 finala vəsiqə qazanıb.