PAOK Avropa Liqasından kənarlaşdırıldı

 23:50 20.02.2025     187

Yunanıstanın PAOK klubu Avropa Liqasının 1/8 final mərhələsinə adlamaq hüququ uğrunda cavab pley-off matçında Rumıniyanın FCSB klubuna 0:2 hesabı ilə uduzaraq turnirdəki iştirakını başa vurub.

Redaktor.az xəbər verir ki, görüş Buxarestdə baş tutub.

Qolları Yuri Çisotti (30-cu dəqiqə) və David Mikulesku (81) vurub. İlk görüş FCSB-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 1/8 finalda FCSB Almaniyanın “Ayntraxt”ı və ya Fransanın “Lion”u ilə qarşılaşacaq. Püşkatma fevralın 21-də keçiriləcək. İlk oyunlar martın 6-da, cavab görüşləri isə martın 13-də baş tutacaq.

Turan İSMAYIL