“Zirə” - “Kəpəz” matçı sabah keçiriləcək - YENİLƏNİB

 20:14 23.02.2025     136

"Zirə" - "Kəpəz" matçının tarixi bəlli olub.

Redaktor.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Matç 24 fevral tarixində Zirə İdman Kompleksində keçiriləcək.

Qarşılaşma saat 16:00-da başlanacaq.

***

Misli Premyer Liqasının 24-cü turunun “Zirə” - “Kəpəz” matçı baş tutmayıb.

Redaktor.az xəbər verir ki, buna Bakıdakı Zirə İdman Kompleksinin stadionunun qarla örtülməsi səbəb olub.

Meydana baxış keçirən baş hakim Rauf Cabarov matçın təxirə salınması barədə qərar verib.